Mirvari sırğalı qız | Yan Vermeer

Mirvari sırğalı qız” Yan Vermeerin şah əsəri hesab olunur. Rəsmin əsas motivini mirvari sırğa təşkil edir. Tablo hazırda Hollandiyanın Haaqa şəhərindəki Mauritshuis rəsm qalereyasında saxlanılır. Sözügedən əsəri bəzən «Qərb Mona Lozası» və ya «Holland Mona Lizası» da adlandırırlar

Veermerin əsərləri haqda geniş məlumat demək olar ki, yoxdur. Bu əsər də istisna deyil. Rəsm əsəri «4Meer» şəklində imzalanıb, amma tarix qeyd edilməyib. Rəsmin 1994-ci ildəki sonuncu bərpasından sonra şəklin incə rəngli kombinasiyası və qızın tamaşaçıya baxışının yaxınlığı daha çox artıb. 

Veermerin nadir əsərlərinin xaricə satılmasının qarşısını almağa çalışan Viktor de Stuersin məsləhətilə Dos Tombe 1887-ci ildə tablonu Haaqada keçirilən sərgidə satın alıb, amma varisi olmadığından bu əsərlə birgə başqa tabloları da 1902-ci ildə Mauritshuisa bağışlayıb. Əsər XX əsrin sonlarına doğru məşhurlaşmağa başlayıb. 

Hər iki əsərdə cəlbedici arxa fon var. Fərq bundadır ki, «Mona Liza» portretdir, Veermerin şah əsərini isə portret saymaq olmaz. Buna «Trone» deyilir, bir xarakterin, var olan insanın təmsili anlamına gəlir. Güman ki, toblodakı mirvari sırğalı qız ekzotik insandır, çünki sarı örtüyü, XVII əsr holland mədəniyyətinə xas olmayan geyimi və böyük ölçülü mirvari sırğaları ilk baxışdan tanış gəlmir. Onu profildən görürük, amma düz tərəfdən baxmağa çalışsaq Mona Lizaya bənzədiyini görərik. Hər iki örnəkdə əsrarəngiz baxışlarla qarşılaşırıq. Bu dərin baxışlarla bizə nə anlatmağa çalışırlar? Nə düşünürlər, kimdir onlar? Əlaqəmiz nədən ibarətdir? Cavabını bilmədiyimiz suallar ortaya çıxır.

İşıq istifadəsinin incəliyi insanı özünə cəlb edir. Üz cizgilərinin yumşaqlığı, maviylə qızılı rəngin ahəngi insanda bağlılıq yaradır. Mənzərə toblolarında buludların keçməsi bizə zaman axışını hiss etdirir. Sanki əsərdəki qız başını çevirib bizimlə söhbət etməyə, əlaqə qurmağa çalışır, amma nə haqda olduğunu bilmirik. Rəng və işiğın incəliyi, səmimiyyət çox gözəl anın beynimizə həkk olunmasına yardım edir, rəsmin çox sevilməsinin bir səbəbi də budur.

Bu əsərdən təsirlənərək roman yazanlar da olub. 1999-ci ildə Treysi Çevalier bu tablonun yaranmasından bəhs eden «Mirvari sırğalı qız» adlı tarixi roman yazıb. Romanda Veermerin şəklin çəkilməsi üçun pulla tutulmuş Qriet adlı qulluqçuyla yaxınlığından, qızın onun həyat yoldaşının mirvari sırğasını taxdığından bəhs edilir. 

Romanın motivləri əsasında 2003-ci ildə film çəkilib, 2008-ci ildə isə tamaşaya qoyulub.



parafraz.az
 

0 şərh